AZ

Lamin Yamal Qızıl top mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

"Barselona"nın və İspaniya millisinin 18 yaşlı hücumçusu Lamin Yamal "Qızıl top" mükafatının təqdimetmə mərasiminə 20 nəfərlə qatılacaq.Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, onu müşayiət edənlərin əksəriyyəti qohumları olacaq.

 

Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçiriləcək tədbirdə futbolçunun ailəsi və qohumları ilə yanaşı, reklam sponsoru da təmsil olunacaq. "Qızıl top" mükafatını qazanacağı təqdirdə, futbolçunun Parisdə özəl məclis təşkil etməyi planlaşdırdığı bildirilib.

Qeyd edək ki, "Qızıl top"un təqdimetmə mərasimi sentyabrın 22-də keçiriləcək.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
2
bizim.media

3Mənbələr