AZ

Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olubYENİLƏNİB

Formula 1 Azərbaycan Qran-Prisində əsas yarışın qalibi məlum olub.

Xezerxeber.az xəbər verir ki, yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.

Ən yaxşı nəticəyə “Red Bull” komandasının üzvü Maks Ferstappen imza atıb. Finişə birinci çatan sürücü Azərbaycan Qran-Prisinin qalibi olub. Corc Rassell (“Mercedes”) ikinci, Karlos Saynz (“Uilliams”) üçüncü olub.

Sentyabrın 19-da keçirilmiş birinci sərbəst yürüşdə “McLaren”in britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən Luis Hemilton finişə hamıdan tez çatıblar. Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə Lando Norris, sıralanma turunda isə Maks Ferstappen imza atıblar.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

15:01

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə əsas yarış start götürüb.

Xezerxeber.az xəbər verir ki, mübarizə 10 komanda və 20 pilot arasında keçir.

Yarışa “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen “Pole” mövqeyindən başlayır. O, sıralama turunda ən yaxşı nəticəni göstərib.

“Williams”in üzvü ispaniyalı Karlos Sayns ikinci, “Racing Bulls”dan yeni zelandiyalı Liam Louson üçüncü olub.

İlk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

Seçilən
20
15
xezerxeber.az

10Mənbələr