AZ

"Qarabağ"dan "Sabah"a keçdi, meneceri şərh etdi: "Evinə qayıtmış oldu"

Azərbaycan milli komandasının üzvü Aleksey İsayevin "Sabah"a geri qayıdışı 10 gün öncə rəsmiləşdi.

Onun meneceri Qvanzav Maqomedov Sportal.az saytına açıqlamasında futbolçunun "Qarabağ"dan ayrılığına münasibət bildirib.

Həmçinin, İsayevin nəyə görə "Sabah"ı seçməsini şərh edib:

"İsayev "transfer pəncərəsi"nin bağlanmasına az qalmış "Qarabağ"dan "Sabah"a keçdi. Təbii ki, müəyyən məbləğ sayəsində bu transfer baş tutdu. Aleksey "Qarabağ"la iki dəfə ölkə çempionluğu əldə edib. O, Azərbaycan Premyer Liqasında yerli futbolçular arasında oyun dəqiqəsinə görə ilk üçlükdə yer alıb".

Maqomedov, Alekseyin “Sabah”a geri qayıdışı haqda bunları deyib: "Sabah" böyük klubdur. Məncə, Aleksey evinə qayıtmış oldu. O, ölkənin ən yaxşı yarımmüdafiəçilərindən biridir".

Qeyd edək ki, "Sabah" Aleksey İsayevlə iki illik müqavilə imzalayıb. Aleksey daha öncə də “Sabah”ın uğurları üçün çalışıb. O, 2020-2024-cü illər aralığında Masazır təmsilçisinin üzvü olub. 29 yaşlı futbolçu “Sabah”da ümumilikdə 108 oyun keçirib, 12 qol vurub.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
1
1
sportal.az

2Mənbələr