AZ

Avstraliya Fələstini tanıdığını elan edəcək

Avstraliya Böyük Britaniya və digər Avropa ölkələrinin ardınca yaxın zamanda Fələstin dövlətini tanımaq niyyətində olduğunu elan edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə "The Times of Israel" ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı adı açıqlanmayan yüksək vəzifəli şəxsə istinadən məlumat verib.

 

"Avstraliya Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstin dövlətini birtərəfli tanıdığını elan edəcək", - deyə nəşr yazır.

 

Daha əvvəl KİV Böyük Britaniyanın bazar günü, Nyu-Yorkda Baş Assambleyanın yüksək səviyyəli həftəsi başlamazdan əvvəl Fələstin dövlətini tanımaq niyyətində olduğunu bildirmişdi.

 

Nəşr qeyd edir ki, Avstraliyanın bu addımı ABŞ-nin etirazlarına baxmayaraq, atılır.

 

"Biz onlara bunun məqsədəuyğun olmadığını dedik", - məqalədə qeyd olunur.

Seçilən
7
8
modern.az

9Mənbələr