AZ

Sabah yağıntılı hava proqnozlaşdırılır

Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. “İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 17-21, dağlarda gecə 0-4, gündüz 4-9 dərəcə isti olacaq.

Seçilən
8
49
ikisahil.az

10Mənbələr