BAKI, 21 sentyabr. TELEQRAF
Kanadanın hökuməti Fələstin dövlətini rəsmi olaraq tanıyıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karney bəyanat verib.
Bəyanatda deyilir:
“1947-ci ildən bəri hər bir Kanada hökumətinin siyasəti Yaxın Şərqdə davamlı sülhün əldə edilməsi üçün iki dövlətin yaradılmasını dəstəkləmək olub. Bu, suveren, demokratik və dayanıqlı Fələstin Dövlətinin yaradılmasını nəzərdə tuturdu”.
Avstraliya da Fələstinin müstəqil və suveren dövlət olduğunu rəsmi olaraq tanıyıb. Bu barədə ölkənin Baş naziri Entoni Albanese "X" sosial şəbəkəsində açıqlama verib.