AZ

Bu hava limanları kiberhücum səbəbindən reysləri LƏĞV EDİR

London, Brüssel və Berlin hava limanları kiber hücum nəticəsində iş fəaliyyətində çətinliklərlə üzləşiblər.

Bu barədə bazar günü "The Guardian" məlumat verib.

"London Heathrow" hava limanında, həmçinin Brüssel və Berlində sərnişinlər bazar günü uçuşa qeydiyyat proqram təminatına ehtimal olunan kiber hücumdan sonra növbəti gecikmə günü ilə üzləşiblər", - deyə nəşr yazır.

Məlumata görə, aviaşirkətlər cümə axşamı gecəsindən etibarən əl ilə qeydiyyata keçməyə məcbur olublar, çünki ehtimal olunan kiber hücum müxtəlif aviaşirkətlərin qeydiyyat masalarına texnologiyalar təmin edən Collins Aerospace şirkətinə təsir edib.

Brüsselin Zaventem hava limanında bazar günü 20 reys ləğv edilib və 80-dən çox reys gecikdirilib. Brüssel hava limanı "çətin iş şəraiti" barədə bəyanat verib. "Qeydiyyat və minmə xidmətləri üzrə xarici təchizatçıya qarşı kiber hücum nəticəsində Brüssel də daxil olmaqla bir neçə Avropa hava limanında qeydiyyat əməliyyatları ciddi pozuntulara məruz qalıb", - hava limanının bəyanatında deyilir.

Bundan əlavə, qəzetin məlumatına görə, Berlində 70-dən çox reys gecikdirilib. "Xidmət təchizatçısının sistemində nasazlıq səbəbindən uzun növbələr müşahidə olunur", - hava limanının saytında bildirilir.

Bir gün əvvəl "Collins Aerospace" şirkəti kiber insidentlə üzləşdiyi barədə bəyanat verib.

Seçilən
26
9
news365.az

10Mənbələr