AZ

Qəzzada həlak olanların sayı 65 min 283-ə çatıb

Sentyabrın 21-i səhər saatlarından etibarən İsrailin hücumları nəticəsində Qəzzada ən azı 53 nəfər həlak olub.

Adalet.az-ın  "Al Jazeera" telekanalına istinadən məlumatına görə, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, son sutka ərzində xəstəxanalara 75 ölü və 304 yaralı daxil olub.

Nazirliyin bəyanatında qeyd olunub ki, Qəzzada 2023-cü ilin oktyabrından bəri ölənlərin ümumi sayı 65 283-ə çatıb, 166 mindən çox insan zərər çəkib.

Xatırladaq ki, sentyabrın 16-da İsrailin Baş naziri Binyamin Netanyahu İsrail silahlı qüvvələrinin Qəzza şəhərində intensiv hücum əməliyyatının başladığını təsdiqləyib.

Seçilən
24
7
adalet.az

9Mənbələr