AZ

Cənubi Koreyanın keçmiş prezidenti məhkəmədən zaminə buraxılmasını istəyib

BAKI, 21 sentyabr. TELEQRAF

Cənubi Koreyanın keçmiş prezidenti Yun Seok Yul zaminə buraxılması üçün məhkəməyə müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Sabiq prezident azadlığa buraxılmasına səbəb kimi səhhətini göstərib. Vəsatət sentyabrın 19-da Seul Mərkəzi Rayon Məhkəməsinə verilib.

Məhkəmənin vaxtı hələ təyin edilməyib.

Yun Seok-Yul bu il iyulun 10-dan həbsdədir.

Keçən ilin dekabrında Yun Seok Cənubi Koreyada hərbi vəziyyət elan edib və bunu "Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının" zəruriliyi ilə əsaslandırıb. Bir neçə saat sonra parlament hərbi vəziyyətin ləğvinə səs verdi.

Cənubi Koreya qanunvericiləri keçmiş prezidentin impiçmentini dəstəkləyiblər .

Seçilən
37
teleqraf.com

1Mənbələr