AZ

Ölümlə təhdid edildi, konsertlərini təxirə saldı

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Britaniyalı müğənni Morriss verməli olduğu iki konsertini ləğv edib.

Axşam.az xəbər verir ki, bu haqda "RadarOnline.com" məlumat yayıb. Bildirilib ki, buna səbəb müğənninin ölümlə təhdid edilməsi olub. Belə ki, ifaçını öldürəcəkləri ilə bağlı internetdə xəbər yayılıb. 

Konsertlər sentyabrın 12-də Konnektikut ştatının "Foxwoods Resort Casino"da və sentyabrın 13-də Bostondakı "MGM Music Hall"da keçirilməli idi. Təşkilatçılar bütün biletlərin avtomatik olaraq geri qaytarılacağını təsdiqləyiblər.

Rəsmi açıqlamada Morrissi vurğulayıb ki, konsertlərin ləğvi sənətçinin və komandasının təhlükəsizliyi üçün narahatlıq səbəbindən olub. 

Kanada rəsmiləri təhdidi 26 yaşlı Noah Kastellano ilə əlaqələndiriblər. O, sosial media hesabında Ottavada CityFolk festivalında çıxışı zamanı Morrissini öldürmək niyyətində olduğunu iddia edib. Kastellano sentyabrın 12-də həbs edilib və ölümlə hədələməkdə ittiham olunub. O, 5 min dollar girov müqabilində sərbəst buraxılıb.

Həmin vaxt təhdidlərə baxmayaraq, Morrissi CityFolk festivalında çıxış edib, Toronto və Nyu-Yorkda konsertlər verdi. Lakin təhdidlərdən sonra ifaçı qastrol səfərlərini təxirə salmalı olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
axsam.az

3Mənbələr