AZ

“İlham Əliyev beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfələr verib”

Bu gün 21 sentyabr Beynəlxalq Sülh Günüdür.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov Azərbaycan Prezidentinin regional sülh və təhlükəsizliyə verdiyi töhfəyə diqqət çəkib:

“Müasir dünyamızda təhlükəsizliklə bağlı artan problemlər, müharibə və qarşıdurmaların çoxalması sülh və təhlükəsizlik problemini aktuallaşdırır. Bizim üçün qürurvericidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə erməni faşizmi üzərində həlledici qələbə qazanmaqla işğal problemini ortadan qaldırdı, regionda uzunmüddətli sülh üçün ciddi zəmin formalaşdırdı.

2023-cü ilin 19-20 sentyabr tarixlərində suverenliyin tam bərpası əməliyyatı ilə separatizm təhlükəsi də ləğv edildi ki, bu da regional təhlükəsizliyi gücləndirdi.

Bu gün Azərbaycan və ümumilikdə Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh üçün bütün şərtlər mövcuddur. Bu isə qeyd etdiyimiz kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi və iradəsi nəticəsində formalaşıb. İlham Əliyev beynəlxalq sülh və təhlükəsizliyə böyük töhfələr verib.

Bu gün Azərbaycan Silahlı Qüvvələri regional sülh və təhlükəsizliyin ən etibarlı qarantıdır. İnanıram ki, Ordumuz bundan sonra da regional sülhün keşiyində ayıq-sayıq dayancaq, xalqımızın əmin-amanlıq içərisində yaşaması, onun təhlükəsizliyinin təmin edilməsi istiqamətində bütün gərəkli addımları atacaq”.

Seymur ƏLİYEV

Seçilən
33
moderator.az

1Mənbələr