AZ

“Qarşıya qoyduğumuz əsas hədəflərdən biri yeni əməkdaşlıq formatının qurulmasıdır“ İlham Əliyev

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır:

"Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
19
redaktor.az

10Mənbələr