AZ

Gənclərin iştirakı ilə “Ailə dəyərləri və müasir gənclik” mövzusunda  sosial teatr tədbirləri keçirilir

Layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin Regionlar mərhələsi tamamlanıb. Təşkilatçılar Gəncə, Quba və Sumqayıtda 67 gəncin iştirakı ilə 3 mərhələli forum teatrlara hədəflərinə çatdıqlarını bildiriblər.

Layihə rəhbəri Kamil Həmidovun açqılamasına görə bütün tədbirlərdə gənclər öncə mövzu barədə ekspert çıxışını dinləyiblər. Teatrın qaydaları və Konfliktologiyanın əsas prinsipləri ilə tanış olublar. Son hissədə isə mini qruplara bölünərək qısa müddətli performanslar hazırlayıblar. Hər bir təqdimat zamanı digər iştirakçıların da səhnəyə daxil olaraq ssenarini pozitiv istiqamətdə dəyişdirmək imkanı yaradılıb.Layihənin əsas məqsədi Azərbaycan gənclərinin yaradıcılıq və dialoq vasitəsilə özlərini ifadə etmələrini təmin etməkdir. Təşkilatçılar Sosial teatr vasitəsilə empatiya, anlayış və kollektiv formada problem həlletmə bacarıqlarının inkişafını təşviq etməklə gənclərə təsir edən aktual sosial, ailə və psixoloji problemləri həll etməyi hədəfləyirlər.

 Teatr tədbirlərində iştirak edən gənclərin öz həyatlarında və icmalarında müsbət dəyişikliklər naminə dəstəkləyici icma mühiti yaradacaqları gözlənilir.

 Layihənin təşkilatçısı “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi, donoru isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

#Layihə #QHT #NGO #QHTAgentliyi #NGOAgency #psixomaariflendirme #PİMDİB #SosialTeatr

Layihə çərçivəsində görülən fəaliyyətlərimizin videolarının playsti: https://youtube.com/playlist?list=PLPcMCFKu_sUEEDVP3imaFNHGYnVmzigQL&si=L9QHQwapPjUbKnzI  

Tədbirlərimizdən qısa videoçarxların linkləri:

Gəncə  https://www.youtube.com/watch?v=WAuJYAUMF5w&list=PLPcMCFKu_sUEEDVP3imaFNHGYnVmzigQL&index=5&t=1s

Quba https://www.youtube.com/watch?v=LVq7JMYqDlc&list=PLPcMCFKu_sUEEDVP3imaFNHGYnVmzigQL&index=6&t=1s 

Sumqayıt

https://www.youtube.com/watch?v=xBb1FZ8Azb4&list=PLPcMCFKu_sUEEDVP3imaFNHGYnVmzigQL&index=7&t=3s 

https://www.youtube.com/watch?v=WAuJYAUMF5w

 

Seçilən
9
sabahinfo.az

1Mənbələr