AZ

Qurban Qurbanov: “Oyunun gedişatından razı qaldım”

"Qarabağ" Misli Premyer Liqasının V turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"ı 5:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Çempionatın gedişatında hər xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda çox yaxşı, çox bərk kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Rəqib qırmızı vərəqə ilə cəzalandırıldı, penalti vurmaq hüququ qazandıq. Sanki bunlar işimizi bir az da asanlaşdırdı. "Araz-Naxçıvan"ın çox təhlükəli hücum xətti var. Hansı ki, istənilən an qapında qol görə bilərsən. Futbolçularım bəzi anlarda diqqətsizlik etdilər. Ancaq ümumi olaraq, oyunun gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Ən azından stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək oldular. Elmar Baxşıyev və komandasına uğurlar arzulayıram".

- Ramil Şeydayevi nə vaxt meydanlarda görəcəyik? İdman forması sizi nə dərəcədə razı salır?

- Məncə, yaxın zamanlarda. Qarşıdakı matçlarda yavaş-yavaş meydana buraxa bilərik. Son vaxtlarda fərdi məşqlər edirdi. Ancaq çempionatın başlamasına qədər, komandası ilə yaxşı hazırlıq keçmişdi.

Kurban Berdıyev: “Çalışacağıq ki, bunların qarşısını alaq"

“Sabah” “Turan Tovuz”u məğlub etdi - YENİLƏNİB

Qismət Alıyevdən tarixi uğur

"İmişli"dən ilk: 54-cü oldu

Kaxaber Tsxadadze: “Hədəfimiz Premyer Liqada qalmaqdır”

Seçilən
20
11
apasport.az

10Mənbələr