İngiltərə və Kanadanın Fələstin dövlətini Nuxba (HƏMAS) qatillərinə mükafat olaraq tanınması təcili əks-tədbirlər tələb edir: İudeya və Samariyada suverenliyin dərhal tətbiqi və Fələstin terror hakimiyyətinin tam məğlubiyyəti.
Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.
"Mən hökumətin növbəti iclasına suverenliyin tətbiqi ilə bağlı təklif vermək niyyətindəyəm", — o bildirib.
Qeyd edək ki, Böyük Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini tanıyıb.