AZ

Hindistan və Çin də Ukraynaya zəruri ticarət dəstəyinə başladı...


Hindistan Ukrayna noxudunun ən böyük idxalçısıdır. Çin də 2025-ci ildə bu məhsul üçün bazarını açıb və hazırda Çinə ilk tədarüklər üçün danışıqlar aparılır. Bu barədə Ukrayna Lobya və Soya Assosiasiyasının prezidenti Antonina Sklyarenko açıqlama verib.

"Müharibə illərində istehsal ildən-ilə artıb. Birinci səbəb alıcı Hindistandır ki, o, həmişə Ukrayna noxudunun ən böyük idxalçısı olub. Son üç ildə onlar noxuda idxal rüsumlarını ləğv ediblər və bu, daha yüksək alış qiymətlərini stimullaşdırır” – deyən Sklyarenko onu da bildirib ki, bu il Çin və Ukrayna arasında noxudun Çinə mümkün ixracı ilə bağlı protokol imzalanıb. Noxudun Çinə ixracı proseduru hazırda son mərhələdədir.

"Biz ən çox noxudu Hindistana ixrac edirik. Ukrayna hazırda ixracatçılar arasında 6-7-ci yerdədir. Birinci yerdə Kanada, ikinci yerdə Rusiya və ABŞ gəlir. Baxmayaraq ki, müharibədən əvvəl Ukrayna ilk üç noxud ixracatçısından biri idi. Bizim indi o yeri tutmaq üçün hər şansımız var", - o deyib.

Assosiasiya prezidentinin sözlərinə görə, Çin bazarının Ukrayna noxudlarına açılması onların istehsalını artırmaq üçün əlavə stimul olub. Çin bazarına tədarükün başlanması Ukrayna noxudunun bahalaşmasına da kömək edəcək.

TAHİR

Seçilən
26
baki-xeber.com

1Mənbələr