AZ

“Ailəmizdə hamı eynək taxır, biz də bu jesti düşündük” – “Barsa”lı Pedri

“Barselona”nın yarımmüdafiəçisi Pedri özünəməxsus qol sevinci barədə danışıb.

Sportinfo.az “Barça Reddit”-ə istinadən xəbər verir ki, ispaniyalı qollarını atası üçün belə qeyd etdiyini bildirib:

“Qollarımı atam üçün belə qeyd edirəm. Bir dəfə evdə onunla nahar edərkən düşündüm ki, vurduğum qolları ona həsr etmək istəyirəm.

Çünki uşaqlığımdan bəri daim yanımda olub, hər şeydə mənə dəstək verib. Ailəmizin hamısı eynək taxır, biz də bu jesti düşündük”.

22 yaşlı futbolçu 2020-ci ildən “Barselona”nın şərəfini qoruyur. O, “Las-Palmas”dan 23 milyon avroya transfer olunub.

İndiyədək kataloniyalıların heyətində 207 oyunda meydana çıxan Pedri, 27 qol vurub, 21 məhsuldar ötürmə verib.

Seçilən
15
sportinfo.az

1Mənbələr