AZ

UEFA İsraili yarışlardan uzaqlaşdıra bilər - İclas

UEFA İsrail futbol klublarını və milli komandalarını təşkilatın bayrağı altında keçirilən turnirlərdən uzaqlaşdırmaq qərarı verə bilər.

Ölkə.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, UEFA-nın İcraiyyə Komitəsi sentyabrın 23-də Qətərin təşəbbüsü ilə keçiriləcək iclasda İsrailin yarışlardan uzaqlaşdırılması məsələsini müzakirə edəcək.

Bildirilib ki, bu təşəbbüsə qarşı çıxmağa çalışan UEFA rəhbərliyi qərarın qəbul olunmaması üçün Almaniya və Macarıstanın dəstəyinə ümid edir.

Qətərin həm UEFA-ya, həm də İcraiyyə Komitəsinin üzvlərinə fərdi təzyiq göstərdiyi qeyd olunur.(axar)

Seçilən
21
3
olke.az

4Mənbələr