AZ

Əfqanıstanda Baqram aviabazasında partlayış oldu

Baqram aviabazasında güclü partlayış baş verib.

KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin (CSA) eksperti Serenko öz informasiya mənbələrinə istinadən bildirib.

Partlayışın dəqiq səbəbi hələlik açıqlanmayıb. Bəzi mənbələr hadisənin hava hücumu, raket zərbəsi və ya pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində ola biləcəyini istisna etmirlər.

Rəsmi qurumlar hadisə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, Baqram aviabazası əvvəllər ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı ən böyük hərbi bazası olub. Son vaxtlar isə onun gələcək statusu və təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparılırdı.

Seçilən
28
5
konkret.az

6Mənbələr