AZ

Polşa və Norveç gəmi əleyhinə raketlərin birgə atışlarını həyata keçirib

Polşa və Norveç NATO-nun "Dəmir müdafiəçi" təlimi çərçivəsində gəmi əleyhinə NSM raketlərinin birgə buraxılışını həyata keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Polşa Hərbi Dəniz Qüvvələrinin Raket Alayının hərbçiləri "Dəmir müdafiəçi-1025" təlim kompleksi çərçivəsində Norveçdə keçirilən "Aegir-25" beynəlxalq təlimində iştirak ediblər. Təlim NSM (Naval Strike Missile) raketlərinin buraxılışı ilə yekunlaşıb", - məlumatda deyilir.

"Norveç Kral Donanması ilə birgə əməliyyatlar təkcə inteqrasiya və təcrübə mübadiləsini deyil, hər şeydən əvvəl çətin Skandinaviya şəraitində müdafiə əməliyyatlarını planlaşdırmaq və aparmaq qabiliyyətinin praktiki sınaqlarını əhatə edir. Üçüncü donanmasının bir hissəsi olan Dəniz Qüvvələrinin raket alayı düşmənin yerüstü qüvvələrinə qarşı mübarizə, Polşa Hərbi Dəniz Qüvvələrinin bazalarını və əsas sahil obyektlərini qorumağa məsuldur", - Polşa Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

"Dəmir Müdafiəçi" təlimi sentyabrın 1-də Polşada başlayıb.

Seçilən
12
1
ikisahil.az

2Mənbələr