AZ

Türkiyə beynəlxalq sistem üçün önəmlidir - Mur

1980-ci illərin sonlarında türk dilini öyrənmək üçün Türkiyəyə gəldim. Bu bənzərsiz ölkəyə, inanılmaz qonaqpərvər xalqına, möhtəşəm mətbəxinə, bənzərsiz tarixinə və mənzərələrinə aşiq oldum.

"Ölkə.az" xəbər verir ki, bunu Britaniyanın Mİ6 kəşfiyyat idarəsinin rəhbəri Riçard Mur İstanbulda vida çıxışında deyib.

Mur vida nitqi üçün İstanbulu seçdiyini belə izah edib:

"Bu çıxış üçün İstanbulu seçmək qərarı təkcə emosional qərar deyil. Türkiyə əsrlər boyu olduğu kimi bu gün də beynəlxalq sistem üçün önəmlidir. Mİ6-nın rəhbəri kimi Türkiyə mənim müraciət etdiyim hər bir məsələdə mühüm rol oynayıb".

Mur Ankaranın vəzifədə olduğu müddətdə həll etdiyi hər bir işdə həlledici rol oynadığını bildirərək, Türkiyə-Böyük Britaniya əməkdaşlığının, xüsusilə Ukrayna müharibəsində, Qafqaz və Yaxın Şərqdə sabitliyin əldə olunması, terrorizmlə mübarizədə əhəmiyyətini vurğulayıb:

“Cənubda İŞİD-ə qarşı birlikdə vuruşduq və Suriyada sabitlik üçün çalışdıq”.(axar.az)

Seçilən
6
2
olke.az

3Mənbələr