AZ

Sumqayıtda “Üzeyir Hacıbəyli və musiqi mirası” konserti keçirilib — FOTOLAR

Sumqayıtda “Üzeyir Hacıbəyli və musiqi mirası” konserti keçirilib.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert Sumqayıtda baş tutub.

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirdə Regional Kamera Orkestri, Xırdalan Musiqi Məktəbinin Xalq çalğı alətləri orkestri və Sumqayıt Dövlət Dram Teatrının kollektivi çıxış edib.

Konsertdə bəstəkarın əsərləri, milli rəqslər və bədii kompozisiyalar təqdim olunub, proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.







Seçilən
16
1
demokrat.az

2Mənbələr