AZ

Azərbaycanda işləyən əcnəbi “kəfə”ni yırtdı, lakin…

Nəhayət, Kaxaber Sxadadze 1 ildən sonra qayıtdığı Premyer Liqada ilk qələbəsini qazandı.

Kəfəni yırtdı bununla.

Gedəcəyi gündəmdə idi. Başının üstündə qara buludlar dolaşırdı. Son vaxtlar klubda hamı gürcüdən danışırdı - prezidentdən futbolçusuna kimi.

«Kəpəz» üzərində 3:0-la nisbi sakitlik yaranar yəqin. Hələ bir müddət onunla işi olmaz rəhbərliyin.

Fariz Nəcəfovun üzünün növbəti dəfə çönməməsi üçün Kaxanın həll etməli olduğu problemlərin siyahısı genişdir.

Birinci növbədə o, yarımmüdafiə və müdafiə xəttini nizama salmalıdır.

Bunun üçün ya ilk «11-lik»də dəyişikliyə getməli, ya yerdəyişmə etməli, ya da ki, azad agent statusu daşıyan legionerlər tapmalıdır. İştirak ərizəsindəki əcnəbilərin sayı hazırda səkkizdir, demək ki, hələ minimum 4 vakant yer qalmaqdadır.

Gənc yerli və xaricilərin üstünlük təşkil etdiyi heyətlə o, uzaq məsafə qət edəcəyini fikirləşirsə, yanılır.

«Kəpəz»in əksər oyunçuları Adil Şükürovun baş məşqçi postundan getməsini istədiklərindən, meydanda can qoymadılar.

Dioqo Verdaşka və digərlərinin fərdi səhvlərini analiz etmək üçün alimmi olmaq lazımdır? «Kəpəz» təslimiyyət bayrağını tez qaldırdı, «Qəbələ» qolları sıraladı.

ELNUR

Seçilən
15
sportinfo.az

1Mənbələr