AZ

Hər an faciə ola bilər... - Cəlilabadda elektrik dirəyinin yaratdığı TƏHLÜKƏVİDEO

Aşmaq üzrə olan elektrik dirəyi... Bir neçə yerdən calaq olunmuş xətlər...

Bu baxımsız vəziyyətin olduğu yer uzaqdan da diqqəti cəlb edir.

Xezerxeber.az xəbər verir ki, görüntülər Cəlilabad rayonunun Muğan kəndində - Müstafayevlər ailəsinin təsərrüfatında çəkilib.

Ev sahibi Sübhi  Mustafayev deyir ki, illərdir həyətlərinin mərkəzində basdırılmış 350 voltluq elektrik dirəyi istifadə müddətini başa vurduğu üçün aşmaq üzrədir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, dirəyi və naqilləri dəyişdirmək mümkün olmayıb.

Külək olduğu zaman naqillər qırılıb yerə düşür. Bu da ailə üzvləri üçün hər an faciəyə səbəb ola bilər. Şikayətçi deyir ki, ikinci problem isə kəndin bir hissəsini elektrik enerjisi ilə təmin edən transformatorun onların əkin sahəsində quraşdırılmasıdır.

Problemlə bağlı "Azərişıq" ASC-dən bildirdilər ki, vətəndaşın şikayətçi olduğu transformator və elektrik dirəyi sözügedən ünvanda sovetlər dönəmində quraşdırılıb. Transformatorun və dirəyin yerini dəyişdirmək istəyən vətəndaş "ASAN xidmət"ə müraciət edib, prosesi öz vəsaiti hesabına həyata keçirməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
xezerxeber.az

1Mənbələr