AZ

Şəmkirdə məktəbin qarşısında şagirdlərə TƏHLÜKƏVİDEO

Bu məktəbin qarşısında hər gün təhlükəli vəziyyət yaşanır... Valideynlər məktəbin qarşısındakı avtomobil sıxlığından şikayət edirlər... Şagirdlər dərsdən çıxan vaxt onların hərəkəti mümkünsüz olur...

Xezerxeber.az xəbər verir ki, görüntülər Şəmkir şəhər Fərman Salmanov adına məktəbin qarşısında hər dəfə dərs başlananda və bitəndə yaranan vəziyyəti əks etdirir. Bununla bağlı çəkdiyi videonu paylaşaraq narahatlığını dilə gətirən valideynin fikirlərini məktəbə uşaq gətirən digər sakinlər də təsdiq edirlər.

Məktəbin qarşısında apardığımız müşahidələr göstərir ki, yoldakı vəziyyət əvvəllər qənaətbəxş olsa da, zamanla baxımsızlıqdan indiki hala gəlib.

Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, nəqiliyyat axınının tənzimlənməsi və yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün küçələrin xəttlənmə işləri Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında ötən ay Şəmkir şəhərinin 10 küçəsində rənglənmə işləri tamamlanıb. Piyadaların təhlükəsizliyi üçün qeyd olunan ərazi də daxil olmaqla daha bir neçə əsas küçədə rənglənmə işlərinin aparılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
1
1
xezerxeber.az

2Mənbələr