Misli Premyer Liqasının V turunda "Neftçi" səfərdə "Sumqayıt"ı 0:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçla bağlı fikirlərini bölüşüb:
"Yaxşı oyuna görə futbolçulara təşəkkür edirəm. Bundan əvvəlki yaxşı oyunları nəzərdə tuturam son oyunlarda - "Sabah"a, "Turan Tovuz"a qarşı matçlarda performanslarına görə. Meydanda ddmaq istəyən komanda gördük. Bu qələbəni ilk öncə rəhbərliyə həsr edirəm. Bu qələbə bizim üçün əhəmiyyətlidir. Çiynimizdən yük atmış olduq. Bu oyunun sonunda heç-heçə də gələ bilərdi".