Niderland Erediviziyasında 6-cı turun oyunları keçirilir.
90deqiqe.Az xəbər verir ki, "Feyenoord" səfərdə "AZ Alkmaar"ın qonağı olub. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
"Ayaks" səfərdə PSV ilə üz-üzə gəlib. Dörd qolun vurulduğu bu görüşdə də qalib müəyyənləşməyib.
"Heerenveen" doğma meydanda "Nijmegen" üzərində qələbə qazanıbsa, "Zvolle" evdə “Qou Ahid İqls”ə uduzub.