2025-ci ilin ikinci Günəş tutulması hadisəsi başlayıb.
Redaktor.az xəbər verir ki, bu, qismən Günəş tutulmasıdır.
Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq.
Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 23:43:04-də olacaq.
Qeyd edə ki, tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək.
Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.