"Hesabda 0:2 geridə olanda belə, "Qarabağ" oyun düsturundan geri qalmadı.
Sadəcə, bəzi ştrixlər dəyişdi.
Məsələn, hücum fazasında pressinqi üçlü edirdiksə, bu dəfə dördlüyə çevrildi.
Müdafiə olunmada, əks-hücumlara zamanında və sürətli çıxmaqda çox vacib idi. Cüzi çatışmazlıqlar var, o da həll olunacaq məsələlərdir".
Bu açıqlama futbol mütəxəssisi Azər Bağırova məxsusdur.
Tanınmış məşqçi “Sportinfo TV”də yayımlanan və Elçin Cəfərovun aparıcısı olduğu “Avropa həftəsi” verilişinə qatılıb.
O, Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ”ın səfərdə “Benfika”ya 3:2 qalib gəldiyi oyun barədə danışıb, komandamızın rəqib üzərində qurduğu üstünlüklərdən bəhs edib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.