AZ

Trampın aviabaza təhdidinə Talibandan sərt cavab - ən güclü düşmənlə qarşılaşacaqlar...


ABŞ prezidenti Donald Tramp Əfqanıstana sərt xəbərdarlıq edib. Tramp “Truth Social” hesabındakı paylaşımında Baqram aviabazasının ABŞ-a qaytarılmayacacağı təqdirdə "pis hadisələrin baş verəcəyini" bəyan edib.

O, paylaşımında bazanın ABŞ-a məxsus olduğunu vurğulayaraq, onun geri qaytarılması tələbini bir daha təkrarlayıb.

Bu arada, Trampın Baqram aviabazasını ABŞ-a qaytarmaq xəbərdarlığından qısa müddət sonra Taliban administrasiyasından cavab gəlib. Əfqanıstanın Baş Qərargah rəisi Fasihuddin Fitrat ABŞ prezidentinin tələbinə cavab olaraq ölkəsinin müstəqilliyini müdafiə edib. Fitrat Əfqanıstanın ərazisinin müzakirə obyekti olmadığını və ölkəni öz xalqının idarə etdiyini bildirib: "Vətənimizlə bağlı heç vaxt danışıqlar aparmayacağıq. Əfqanıstan tamamilə azad və müstəqil bir ölkədir. Öz xalqı tərəfindən idarə olunur və heç bir xarici ölkədən asılı deyil".

Fitrat Əfqanıstanın özünü müdafiə etmək qabiliyyəti ilə təchiz edilmiş orduya sahib olduğunu ifadə edib: "Dost əlini uzadana dostcasına cavab veriləcək, düşməncəsinə yaxınlaşan isə ən güclü düşməni ilə qarşılaşacaq".

Taliban silahlı qüvvələrinin Əfqanıstanı müdafiə etmək əzmini sübuta yetirdiyini iddia edən Fitrat, "utanc verici razılaşmaların" olmayacağını bəyan edib: "Əfqanıstanın bir qarış torpağı belə müzakirə oluna bilməz. Bu qəbuledilməzdir".

Xatırladaq ki, Böyük Britaniyaya rəsmi səfərinin son günündə mətbuat konfransı keçirən Tramp, Baqram bazasının ABŞ-a qaytarılmasını istyib.

“Biz onu geri almağa çalışırıq, buna ehtiyacımız var. Biz o bazanı geri istəyirik. Baza istəməyimizin səbəblərindən biri də Çinin nüvə silahlarını istehsal etdiyi yerdən bir saatlıq məsafədə olmasıdır” - deyən Tramp bazanın Çinə yaxınlığını strateji üstünlük kimi qeyd edib.

TAHİR

Seçilən
9
baki-xeber.com

1Mənbələr