AZ

Üç ildən sonra ayrıldıqlarını rəsmən ELAN ETDİLƏR

Məşhur aktrisa Monika Belluççi və Hollivud rejissoru Tim Burton ayrıldıqlarını elan ediblər.

Publika.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Onlar birgə bəyanatda “bir-birlərinə böyük hörmət və dərin narahatlıq hissi ilə” münasibətlərini bitirdiklərini bildiriblər.

Qeyd edək ki, Monika Belluççi 2023-cü ilin iyununda rejissorla eşq yaşadığını rəsmən elan edib.

Xatırladaq ki, Monika Belluççi və Tim Burtonun münasibətləri Fransanın “Paris Match” qəzetinin üz qabığında ulduzların görüşündə lentə alınan fotonun dərc edilməsindən sonra məlum olub. Və tezliklə internetdə onların öpüşməsinin görüntüləri peyda oolub.

Seçilən
10
2
publika.az

3Mənbələr