Türkiyə Superliqasında 6-cı turun oyunları oynanılır.

Offsideplus.az xəbər verir ki, "Fənərbağça" klubu səfərdə "Kasımpaşa" klubunun qonağı olub.  

Görüşdə hesabı qonaqlar açıb. Marko Asensio fərqlənib. Meydan sahiblərindən Kafu 45-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Lakin ev sahibləri 1 nəfər azlıqda olsalar belə, 64-cü dəqiqədə Haris Hayradinovic ilə bərabərlik qolunu vura bilib. Bu isə oyunda son qol olub.

Beləliklə "Fənərbağça" növbəti dəfə xal itkisi yaşayıb.