AZ

Almaniya qırıcıları Rusiya təyyarəsini izləmək üçün havaya qaldırılıb

Sentyabrın 21-də Rusiya hərbi təyyarəsinin qarşısını almaq üçün yenidən NATO qırıcıları havaya qaldırılıb.

APA xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Məlumata görə bu səhər Baltik dənizi üzərində neytral hava məkanında uçan Rusiyanın İl-20M kəşfiyyat təyyarəsini izləmək üçün Almaniyaya məxsus iki “Eurofighter” təyyarəsinin göndərilib.

“Bir daha iki “Eurofighter” təyyarəsindən ibarət olan çevik reaksiya qüvvəmizə NATO tərəfindən beynəlxalq hava məkanında uçuş planı və ya radio əlaqəsi olmayan naməlum təyyarəni müəyyən etmək tapşırığı verildi.”, - Almaniya Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Alman pilotlar obyektin Rusiyanın İl-20M hərbi kəşfiyyat təyyarəsi olduğunu müəyyən ediblər. Rus təyyarəsi vizual olaraq müəyyən edildikdən sonra müşayiət vəzifəsi İsveç Hərbi Hava Qüvvələrinə verilib.

Seçilən
4
1
apa.az

2Mənbələr