Ali Radanın deputatı Roman Kostenko ukraynalı gənclərin ölkədən çıxışına məhdudiyyət qoyulmasını təklif edib.
Axar.az-ın Globalinfo.az-a istinadən məlumatına görə, Kostenko bildirib ki, sərhədlərin bağlanması ilə gənclərin ölkəni tərk etməsinin qarşısı alınacaq:
“Sərhədləri bağlayın və onlar heç yerə getməyəcəklər. Ukraynada ən böyük problemimiz iqtisadiyyat və səfərbərlikdir”.
Deputatın fikrincə, ukraynalılar hələ məktəb illərindən hərbi hazırlıq keçməlidirlər, çünki Rusiya ilə müharibə yaxın vaxtlarda bitməyəcək.