İspaniya La Liqasının V turunda “Atletiko Madrid” səfərdə "Malyorka" ilə 1:1 hesabı ilə heç-heçə edib.
90deqiqe.Az-ın məlumatına görə, Palma-de-Mallorcadakı “Mallorca Son Moix” stadionunda keçirilən görüşdə 14-cü dəqiqədə qonaqlar penalti imkanını dəyərləndirə bilməyiblər.
72-ci dəqiqədə Aleksandr Sörlot qırmızı vərəqə alaraq komandası azlıqda qalıb. 79-cu dəqiqədə Konor Qallaher qonaqları önə çıxarıb, lakin 85-ci dəqiqədə Vedat Muriki hesabı bərabərləşdirib və matç 1:1 ilə yekunlaşıb.
Beş turdan sonra “Atletiko” 6 xalla 12-ci, **“Mallorca” isə 2 xalla 19-cu pillədə qərarlaşıb.