AZ

Ağıl dişi əsasən nə zaman çıxır və hansı hallarda çəkdirilməlidir?

Stomatoloqların sözlərinə görə, ağıl dişləri adətən 17-25 yaş aralığında çıxmağa başlayır. Bəzi insanlarda bu proses daha gec baş verə bilər, hətta elə hallar da müşahidə olunur ki, ağıl dişləri ümumiyyətlə çıxmır.

Far.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, ağıl dişlərinin çəkdirilməsi hər zaman məcburi deyil. Əgər diş düzgün şəkildə çıxır, diş sırasına və çənə quruluşuna mane olmursa, onu saxlamaq mümkündür. Lakin dişin çıxma prosesi zamanı ağrı, iltihab, diş ətində şişkinlik və ya qonşu dişlərə təzyiq müşahidə olunarsa, mütləq həkim müdaxiləsi tələb olunur.

Ağıl dişlərinin düzgün çıxmaması həm dişlərin yerdəyişməsinə, həm də ağız boşluğunda müxtəlif problemlərə səbəb ola bilər. Bu səbəbdən stomatoloqlar periodik müayinənin vacibliyini vurğulayırlar.

Həkimlərin tövsiyəsinə görə, ağıl dişləri ilə bağlı problem yaranarsa, vaxtında mütəxəssisə müraciət etmək vacibdir. Erkən müdaxilə həm müalicə prosesini asanlaşdırır, həm də daha ciddi fəsadların qarşısını alır.

Seçilən
14
1
far.az

2Mənbələr