İngiltərə Premyer Liqasında V turun maraqlı görüşü keçirilib.
News365.az xəbər verir ki, "Arsenal" doğma meydanda "Mançester Siti"ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı qonaqların heyətində Erlinq Holand açıb. London təmsilçisi isə Qabriel Martinellinin 90+3-də vurduğu qolu ilə hesabı bərabərləşdirb və 1 xal qazanıb.
Hazırda "Arsenal" 10 xalla ikinci pillədə qərarlaşıb. "Şəhərlilər" isə 7 xalla doqquzuncu yerdədir.