“Fənərbaxça” klubunda təşkil olunan növbədənkənar prezident seçkiləri başa çatıb.
AFN.az xəbər verir ki, səsvermə prosesi saat 11:00-da başlayaraq 18:00-da yekunlaşıb.
Müşahidə Şurasının sədri Şekip Mosturoğlunun açıqlamasına əsasən, seçkilərdə ümumilikdə 24 min 800 nəfər iştirak edib.
Nəticələrə görə, İstanbul klubunun yeni prezidenti Sadettin Saran seçilib.
Səsvermədə Ali Koç 12 min 68, Sadettin Saran isə 12 min 325 səs qazanıb.