“Atletik”in yarımmüdafiəçisi Oyan Sanset İspaniya liqasından İngiltərə Premyer Liqasına keçə bilər.
Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə Londonun iki klubu maraqlanır: “Arsenal” və “Tottenhem”.
Sansetin Bilbao klubu ilə müqaviləsində 80 milyon avro məbləğində sərbəst qalma maddəsi var.
Onun “Atletik”lə müqaviləsinin müddəti 2032-ci ilin iyununun sonunda başa çatacaq.
“Atletik” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.