Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Astara rayonunun Çayoba kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala aşıb.
Qəza nəticəsində avtomobildə olan yeniyetmə Astara rayonunun Vaqo kənd sakini 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.