AZ

Əfqanıstanda aviabaza yaxınlığında partlayış baş verib

Bakı. Trend:

Əfqanıstanın Pərvan vilayətindəki Baqram aviabazasının qapılarıyaxınlığında partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə "Afganistan International"telekanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, partlayış hərbi obyektin şərq tərəfiyaxınlığında baş verib. Hadisənin səbəbi açıqlanmayıb.

Bildirilib ki, partlayıcı maddələr üzrə ekspertlər aşkar edilənpartlayıcı maddələrin nəzarətli şəkildə partladılmasını həyatakeçiriblər.

Seçilən
15
az.trend.az

1Mənbələr