AZ

Çarli Kirk ilə vida mərasimi keçirilir - VİDEO

ABŞ-ın Arizona ştatının Qlendeyl şəhərində yerləşən State Farm stadionunda sağçı fəal Çarli Kirk ilə vida mərasimi keçirilir.

Musavat.com xəbər verir ki, hazırda stadionda təxminən 70 min nəfər toplaşıb. Mərasimdə amerikalı milyarder Elon Musk da iştirak edir və o, sosial şəbəkə “X”də paylaşım edərək burada olmağın onun üçün böyük şərəf olduğunu bildirib.

CNN-in məlumatına görə, bir qədər sonra mərasimdə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens çıxış edəcəklər.

Xatırladaq ki, Çarli Kirk 11 gün əvvəl qətlə yetirilib və onun nəşinin Feniks şəhərində dəfn olunacağı gözlənilir. 

 

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr