AZ

“QARABAĞ”: Mənə ancaq “5” yaraşır - VİDEO

"Qarabağ" Premyer Liqanın V turunda "Araz-Naxçıvan"ı böyük hesabla məğlub edib.

Sportinfo.az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan qarşılşama Ağdam təsmilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın heyətində Toral Bayramov het-trikə (4, 28 (p.) və 65-ci (p.) dəqiqələr) imza atıb. Digər qolları isə Musa Qurbanlı (52-ci dəqiqə) və Kris Kuaku (85-ci dəqiqə) rəqib qapısından keçiriblər.

Bu nəticədən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 7-yə çatdıraraq turnir cədvəlinin beşinci pilləsinə yüksəlib. Naxçıvan klubu isə 10 xalla 3-cü pillədədir.

"Araz-Naxçıvan" - "Qarabağ"0:5

Seçilən
18
sportinfo.az

1Mənbələr