Portuqaliya Fələstin dövlətini tanıyıb.
“İki sahil” xəbər verir ki, bu barədə "SIC Noticias" yerli telekanalı Portuqaliyanın xarici işlər naziri Paulo Ranjelin bəyanatına istinadən bildirib.
Rəsmi Lissabon Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinin tərəfdarıdır.
Bildirilib ki, Portuqaliya ilə yanaşı Andorra, Belçika, Lüksemburq, Malta və San Marino da Fələstini tanıyan bəyanatlar verəcək.