Kiyev artıq Ukrayna silahlarının ixracı ilə bağlı tərəfdaşlarına ilk təkliflərini verib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Həm də tərəfdaşlara Ukrayna silahlarının – müasir silahların ixracı ilə bağlı ilkin təkliflər var, bu, silahlarımızın, xüsusən də dəniz dronlarının ixracı olacaq", - o bildirib.
Zelenski qeyd edib ki, dəniz marşrutlarının təhlükəsizliyi ümumi təhlükəsizliyin tərkib hissəsidir və bu, bir çox dövlətlərdən asılıdır.