Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin müsadirəsi xaosa səbəb olmayacaq, əksinə, Rusiyadan sərt cavab tədbirləri görüləcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun məsələ ilə bağlı bəyanatını şərh edərkən deyib.
"Heç bir xaos olmayacaq. Tədbirlər olacaq. Sərt tədbilər. Və onlar bunu bilirlər", - Zaxarova qeyd edib.
Xatırladaq ki, Makron daha əvvəl bildirmişdi ki, Avropa dondurulmuş Rusiya aktivləri ilə bağlı“beynəlxalq qaydalara əməl etmək zərurətinə sadiqdir və onların pozulması tam xaosa gətirib çıxaracaq.