Qəzza şəhərini 550 mindən çox sakin tərk edib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti xəbər yayıb.
"Bu günədək 550 mindən çox mülki şəxs Qəzza şəhərini tərk edərək cənuba köçüb. Eyni zamanda, 162, 98, 36-cı diviziyalar Qəzza şəhərinə girişlərini başa çatdırıb və şəhərdəki HƏMAS qalalarında fəaliyyətə başlayıblar", - açıqlamada deyilir.
Ordudan bildirilib ki, HƏMAS-ın mülki əhalinin cənubda hərəkətinə mane olmaq və mülki əhalidən terror fəaliyyəti üçün canlı qalxan kimi istifadə etmək" cəhdləri aşkarlanıb. "İsrail Ordusu Xan Yunisdə humanitar zonanın yaradılmasını da elan edib", - mətbuat xidməti əlavə edib.
"İsrailin Müdafiə Ordusu Qəzzada mülki şəxsləri təhlükəsizliklərini təmin etmək üçün rəsmi təlimatlara əməl etməyə və təhlükəli olaraq təyin olunmuş ərazilərdən qaçmağa çağırır", - ordunun mətbuat xidməti açıqlamanı yekunlaşdırıb.