AZ

Lənkəranda qəzalı vəziyyətdə olan körpü - Sakinlər narazılıq edir, bələdiyyə isə vəsaitin olmadığını deyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Lənkəran rayonunun Viyən kənd sakinləri körpülərin qəzalı, yolların isə dağılmış vəziyyətdə olmasından narazıdırlar.
Sakinlər bildirirlər ki, kənddə xeyli sayda xəstənin olmasına baxmayaraq, yolların qəzalı vəziyyətdə olması səbəbilə təcili yardım kəndə gələ bilmir.
Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem öz həllini tapmayıb.
Məsələ ilə bağlı olaraq Lənkəran rayonu Aşağı Nüvədi kənd bələdiyyəsinin sədri İqbal İbrahimov qeyd edib ki, Viyən kəndinin bir qrup sakini tərəfindən körpünün yararsız vəziyyətdə olması ilə bağlı müraciət daxil olub:
"Araşdırmalarımız nəticəsində məlum oldu ki, iki körpü həqiqətən də istifadəyə yararsız vəziyyətdədir. Lakin körpünün təmiri üçün lazım olan vəsait hələlik bələdiyyənin balansında yoxdur".
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
4
oxu.az

1Mənbələr