Ukraynanın Lvov vilayətinin Zimnaya Voda kəndində partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə vilayətin hüquq-mühafizə orqanlarının məlumatında deyilir.
Bildirilib ki, hadisə yerində bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər və istintaq qrupu işləyir, polis isə vəziyyəti araşdırır.
Məlumata görə, partlayış zamanı xəsarət alan olmayıb. Lakin partlayış dalğası yaşayış binalarının şüşələrini, avtomobilləri və hasarları zədələyib.
Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, aydın deyil.