AZ

Astarada minik maşını su kanalına aşıb

Astarada minik avtomobili aşıb, gənc sərnişin ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Çayoba kəndi ərazisində baş verib.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan yeniyetmə, rayonun Vaqo kənd sakini, 2009-cu il təvəllüdlü İgid Ramin oğlu Salayev ağır xəsarətlər alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həkiməqədər ölüm faktı qeydə alınıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
5
ikisahil.az

6Mənbələr